Cavanşir: “Rolls Royce” bir məndə olub, bir də Ronaldoda – VİDEO

Əməkdar artist Cavanşir Məmmədov ARB TV-də yayımlanan “Show news” proqramında illər əvvəl milyon dollara aldığı deyilən “Rolls Royce” avtomobilindən danışıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Cavanşir avtomobilinin qiymətinə görə tez-tez tənqid edildiyini dilə gətirib: “Qoy, birdəfəlik qulaqlarını açıb eşitsinlər, sonra bir daha danışmasınlar. Dünya şou-biznesində “Rolls Royce” sürən bir mən olmuşam, bir də futbolçu Kriştianu Ronaldo. Nəyim var idi, toplayıb, o maşını aldım ki, qoy, musiqimin, sənətimin hörmətini erməni də, düşmən xalqlar da qansın. Bunu şişirtdilər, dedilər ki, maşına milyon dollar pul verib. Bir milyonu verəndə yanımda idiniz? Bəlkə, onun içərisinə bir milyon da qoyub, mənə bağışlayıblar? Onun işlənmişi yarım milyondur”.
Məmmədov onu tənqid edənlərə efir vasitəsi ilə ismarıc yollayıb: “Özünüzü yığışdırın! Bilin, kimlə, necə, harda... Arxivdə elə şeylər var ki, onlar açılsa, çətin olar. Sakit yerinizdə oturun, hər kəs öz yerini bilsin!”
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?












