Cəlilabadda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib - FOTO

Cəlilabad rayonunda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə götürülüb. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.
Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1,679 qram narkotik vasitə olan heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq R.Quliyevin yaşadığı evə də baxış keçirilib. Oradan isə əlavə olaraq 13 kiloqrama yaxın narkotik vasitə olan tiryək və 65 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı














