Cəmiyyət sədri: “Benzinin qiyməti kəskin bahalaşacaq”

“Yaxın günlərdə Ermənistanda benzinin qiyməti bahalaşacaq”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu “Fleş” yanacaq tədarük edən Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Barseq Beqleryan bildirib. O, bunu beynəlxalq bazarda benzinin qiymətinin bahalaşması ilə əlaqələndirib: “10 gün ərzində dünya bazarında benzinin qiyməti çox kəskin şəkildə, təxminən 70-80 faiz bahalaşacaq. Ona görə də Ermənistanda bu istiqamətdə bahalaşma gözlənilir”.
Amma B.Beqleryan Ermənistanda yanacağın qiymətinin nə vaxt bahalaşacağının dəqiq tarixini söyləməyib: “Yaxın gələcəkdə özünüz görəcəksiniz”.
Mütəxəssislər Ermənistanda yanacağın qiymətinin bahalaşacağını hakimiyyətin yeni iqtisadi siyasəti ilə əlaqələndirirlər. Onların fikrincə, əvvəllər bu sahədə inhisarçılıq mövcud olub. Yanacaq satışı ilə məşğul olan bir çox müəssisələr vergidən ya yayınıb, ya da qanunsuz fəaliyyətlə məşğul olaraq, cüzi vergi ödəyiblər. Ermənistanda yeni vergi siyasəti isə qiymətlərin bahalaşmasına səbəb olan amillərdəndir. Bundan başqa, Rusiya ilə Ermənistan arasındakı münasibətlərin gərginləşməsinin də qiymətlərin bahalaşmasına təsir göstərəcəyi istisna edilmir.
Qeyd edək ki, hazırda Ermənistanda Aİ-92 markalı benzin 411 drama (0,74 avro), Aİ-95 430 drama (0,78 avro), Aİ-98 450 drama (0,82 avro), dizel yanacağı isə 420 drama (0,76 avro) satılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












