Çexiya baş nazirinin Azərbaycana səfəri ölkəmizə nə qazandırdı? - POLİTOLOQ

Azərbaycan və Çexiya arasında münasibətlərin inkişafı fonunda iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu bildirilir.
Avtosfer.az xəbər verir ki, politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, Azərbaycan ilə Çexiya arasında son dövrlərdə müşahidə olunan yaxınlaşma Avropa ilə Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu prosesdə əsas məqamlardan biri Çexiyanın Baş naziri Andrey Babişin aprelin 26-da Azərbaycana etdiyi səfər olub.

Qeyd edilir ki, iki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildə qurulsa da, əməkdaşlığın əsas dönüş nöqtəsi 2015-ci ildə imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” sayılır. Çexiya Avropa İttifaqı daxilində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyən ölkələrdən biri kimi çıxış edir.
Politoloq vurğulayıb ki, Azərbaycan-Çexiya iqtisadi əlaqələri də son illərdə sürətlə inkişaf edib. Baş nazir Andrey Babişin Qəbələdə Prezident İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi “Azərbaycan Çexiya üçün strateji tərəfdaşdır” fikri iki ölkə arasında yüksək siyasi etimadın göstəricisi kimi qiymətləndirilir.
Avropa ölkələrinin Azərbaycana marağı da artmaqdadır. Son dövrlərdə Latviya, Litva və Ukrayna liderlərinin ölkəmizə səfərləri göstərir ki, Azərbaycan artıq təkcə enerji mənbəyi kimi deyil, həm də regionda sabitlik və dialoq platforması kimi qəbul olunur. Enerji sahəsində əməkdaşlıq xüsusi yer tutur və Çexiyanın neft tələbatının təxminən 30 faizinin Azərbaycan hesabına ödənilməsi bu əlaqələrin strateji əhəmiyyətini artırır.
Bununla yanaşı, digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilir. Çexiya Baş nazirini Azərbaycana səfəri zamanı müşayiət edən geniş biznes nümayəndə heyəti maşınqayırma, nəqliyyat və kənd təsərrüfatı sahələrinə marağın göstəricisi kimi dəyərləndirilir. Xüsusilə Çexiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrə – “ağıllı şəhər”, alternativ enerji və su idarəetməsi istiqamətlərinə maraq göstərdiyi bildirilir.
Hərbi sahədə əməkdaşlıq da diqqət çəkən istiqamətlərdəndir. Bildirilir ki, 2026-cı ilin aprelində hər iki ölkənin Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb. Çexiyanın yüksək texnologiyalı müdafiə sənayesi – xüsusilə radar sistemləri, aviasiya texniki xidmət və xüsusi təyinatlı nəqliyyat vasitələri sahəsində təcrübəsi Azərbaycan Ordusunun modernləşdirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Politoloq əlavə edib ki, Çexiya Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Orta Dəhliz – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna da böyük maraq göstərir. Bu marşrut Avropa ilə Asiya arasında daha sürətli və təhlükəsiz yük daşımalarını təmin edən alternativ kimi qiymətləndirilir.
Zeynal Əmrəliyevin sözlərinə görə, bu səfərin arxasında duran əsas amillərdən biri Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın Avropa üçün artan strateji əhəmiyyətidir. Hazırda Azərbaycan etibarlı enerji təchizatçısı kimi çıxış edir və regionda formalaşan yeni reallıqlar Avropa ölkələrinin diqqətini daha da cəlb edir.
Ekspert hesab edir ki, Azərbaycanın sabit və təhlükəsiz ölkə kimi mövqeyi də bu marağı artıran əsas faktorlar sırasındadır. Onun fikrincə, aparılan uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada daha da önəmli mövqe qazanır və xarici liderlərin ölkəmizə səfərlərinin gələcəkdə daha da intensiv xarakter alacağı gözlənilir.
Eltac Zülfüqaroğlu
D vitaminin qəbulu yol polisinin cihazında spirt kimi görsənir? - Həkim AÇIQLADI
Yüzlərlə yük avtomobili sərhəddə qaldı: “7 gündür yollardayıq” - VİDEO
Mayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir
Otuz avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək - Sərnişinlərin diqqətinə!
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
İlham Əliyev ailəsi ilə birlikdə İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
Feysbuk və İnstaqram uşaqları qorumamaqda təqsirləndirilir - RƏSMİ
Həftəsonu bu yollar bağlı olacaq - XƏBƏRDARLIQ - FOTOLAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş










