Ceyms Bond yeni filmdə “Aston Martin”in elektrokarını sürəcək

Ceyms Bond haqqında 25-ci filmdə superagent “Aston Martin” şirkətinin qiyməti 250 min avro (328 min dollar) olan yeni nəsil elektrokarının sükanı arxasına keçəcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Daily Mail” qəzetinin yazdığına görə, filmin rejissoru Keri Fukunaqa ətraf mühitin daimi müdafiəçisidir və bu qərar da onun istəyi ilə qəbul edilib. Hazırda Fukunaqa elektromobillərindən birini çəkilişlərə hazırlamaq üçün “Aston Martin”lə birgə çalışır. Filmin yaradıcılarının fikrincə, Bondu atmosferə zərərli maddələr buraxmayan avtomobildə oturtmağın vaxtı artıq çatıb.
Hazırda dünyada bu şirkətin ilk elektromobili olan “Rapide E” markalı 155 elektrokar var. “Aston Martin”in mühərriki benzinlə işləyən avtomobilindən ilk dəfə yarım əsrdən çox əvvəl Agent 007 rolunun ən populyar ifaçılarından biri – Şon Konneri “Qoldfinger” (1964) filmində istifadə edib.
Hələlik şərti olaraq “Bond 25” adlandırılan filmin çəkilişləri 2019-cu ilin aprelində başlayacaq. İndiyə qədər britaniyalı superagent barəsində 24 film çəkilib. Bu filmlərin ümumi kassa yığımı 10 milyard dollardır.
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil










