Çılpaq videosu yayılan qızlarla bağlı DİN-dən RƏSMİ - AÇIQLAMA

Martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb. Video geniş ictimai rezonans doğurduğundan və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq böyük narahatlıq və narazılıqla qarşılandığından DİN rəhbərliyinin tapşırığına əsasən məsələ ilə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, nəticədə həmin görüntülərdə əks olunan 2 kişinin və 3 qadının şəxsiyyətləri müəyyən edilib və onlar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətiriliblər. İstifadələrində olan “Land Rover” markalı avtomobil isə mühafizə olunan duracağa yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, sözügedən eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və Rusiya Fedarasiyası vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunub və orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Fərid
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












