Çimayev Kadırovla fotosunu paylaşdı: Qəza iddialarından sonra ilk görüntü - FOTO

Çeçen əsilli UFC döyüşçüsü Həmzət Çimayev sosial şəbəkədə Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, respublikanın təhlükəsizlik katibi Adam Kadırovla birlikdə çəkdirdiyi ağ-qara fotosunu paylaşıb.
Avtosfer.az şəkil Çimayevin “Instagram” səhifəsində dərc olunub. Fotoda hər iki şəxs əl-ələ tutaraq gülümsəyir.
Paylaşım çeçen dilində “Tsxya yol gezri dina yolsh vayn hum khir dats” sözləri yazılıb. Bu ifadəni təxminən “Bizim heç bir keçi ilə ortaq cəhətimiz olmayacaq” kimi tərcümə etmək olar.
Başlıq ənənəvi dini ifadə olan “İnşallah” (əgər Allah istəsə) sözü ilə tamamlanır. Paylaşımın səbəbi ilə bağlı əlavə açıqlama verilməyib. Çimayev fotoda Adam Kadırovun yanında “konax” (çeçen dilində “kişi”) sözünü də qeyd edib.
Qeyd edək ki, yanvarın 16-da anonim Teleqram kanalları Adam Kadırovun Qroznıda avtomobil qəzasına düşdüyü barədə məlumat yaymışdı. İddialara görə, o, xəstəxanaya yerləşdirilib və daha sonra Moskvaya aparılıb. Həmin məlumatlarda Həmzət Çimayevin də Kadırovla eyni avtomobildə olduğu və ağır xəsarət aldığı iddia edilirdi./global.info

Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR












