Banner

Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA

Gündəm 22 Oktyabr 2026 16:48
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Avtomobil ehtiyat hissələrinin idxalına çəkilən xərclərin azalması daxili bazarda qiymətlərin dəyişməsi məsələsini gündəmə gətirir. Lakin idxal xərclərindəki azalma satış qiymətlərinə hər zaman eyni səviyyədə təsir göstərmir.

Avtosfer.az xəbər verir ki, avtomobil ehtiyat hissələrinin qiymətlərinin formalaşmasına müxtəlif iqtisadi amillər təsir edir. 
Bəs idxal xərclərinin azalması ehtiyat hissələrinin satış qiymətlərində niyə öz əksini tapmaya bilər?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobil ehtiyat hissələrinin qiymətlərinə təsir edən amillər müxtəlifdir:

"Son zamanlar Azərbaycanda yeni Çin avtomobillərinin sayı artıb. Lakin bu avtomobillərin ehtiyat hissələrinə tələbatın artması üçün müəyyən vaxt lazımdır. Çünki avtomobillərin istismar müddəti uzandıqca onların sıradan çıxan hissələrinin dəyişdirilməsinə ehtiyac yaranır. Buna görə də düşünürəm ki, gələcəkdə Çin avtomobilləri üçün ehtiyat hissələrinə tələbat və idxal həcmi arta bilər. 
Azərbaycanda valyuta məzənnəsinin sabit olması qiymətlərə ciddi təsir göstərmir. Ehtiyat hissələri əsasən dollarla alındığı üçün məzənnədə dəyişiklik olmadıqda bu amil qiymət artımına səbəb olmur. Qiymətlərə təsir edən əsas amillərdən biri isə logistika və daşınma xərclərinin artmasıdır. Daşınma xərclərinin bahalaşması ölkə daxilində avtomobil ehtiyat hissələrinin, eləcə də mühərrik yağlarının qiymətlərinin yüksəlməsinə səbəb olub. Qiymət artımı isə satış həcminə mənfi təsir göstərir və ölkəyə gətirilən yeni ehtiyat hissələrinin həcminin azalmasına gətirib çıxara bilər. Nəticədə insanlar daha çox ikinci əl ehtiyat hissələri bazarına üz tuturlar. Çünki həmin hissələr yeni məhsullarla müqayisədə daha ucuz olur və alıcılar xərclərini azaltmaq üçün bu varianta üstünlük verirlər".

Fatimə

Oxunub : 232
ŞƏRH YAZ
Ad

E-mail

Şərh