Çin "Boinq"dən kompensasiya tələb edir

Çinin üç ən böyük aviasiya şirkətindən biri olan “China Eastern Airlines” 14 ədəd “Boinq 737 Max” tipli təyyarənin istifadəsinin müvəqqəti dayandırılmasından yaranan maddi itkilərə görə ABŞ konsernindən kompensasiya tələb edir.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, "China Eastern Airlines" bununla "Boinq"dən sözügedən məsələyə görə kompensasiya tələb edən ilk Çin şirkəti olub. "China Eastern Airlines" daha əvvəldən sifariş etdiyi eyni tip bir neçə təyyarənin təhvil verilməsinin gecikdirilməsindən də narazıdır.
Qeyd edək ki, bu il martında Efiopiya hava yolları şirkətinə məxsus "Boeing 737-Max 8" təyyarəsinin qəzaya uğramasından sonra dünyanın bir çox aviasiya şirkəti istifadəsində olan eyni tip təyyarələrin uçuşlarını müvəqqəti dayandırmışdı. Bundan sonra "Boinq" qəzaya səbəb olunan texniki nasazlıqları araşdırmağa başlamaqla yanaşı, "Boinq 737-Max" təyyarələrinin yığılması prosesini dayandırmışdı.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












