Çin maşınlarının ehtiyat hissəsi kimi satışa çıxarılması adiləşir - VİDEO

Sosial şəbəkələrdə fəaliyyət göstərən elan səhifələrində Çin istehsalı olan daha bir avtomobilin ehtiyat hissəsi kimi satışa çıxarıldığına dair görüntülər yayılıb. Bu cür elanlar artıq nadir hal sayılmır və getdikcə adi mənzərəyə çevrilir.
Avtosfer.az xəbər verir ki, fərdi şəxslər tərəfindən ölkəyə gətirilən bir çox avtomobil rəsmi diler və servis şəbəkəsindən kənarda qalır. Nəticədə bu nəqliyyat vasitələri istehsalçı və ya rəsmi nümayəndəlik tərəfindən texniki xidmətlə təmin edilmir. Bu isə istismar zamanı ciddi problemlərə yol açır.
Yanacaq qiymətlərinin artması avtomobil seçimini dəyişməlidirmi? – Ekspertdən AÇIQLAMA
Ən böyük çətinlik isə ehtiyat hissələrinin tapılması ilə bağlıdır. Rəsmi kanallar olmadığı üçün sahiblər ya qeyri-rəsmi bazara üz tutur, ya da avtomobili hissə-hissə satışa çıxarmağa məcbur qalırlar. Sosial şəbəkələrdə “ehtiyat hissəsi üçün satılır” başlığı ilə yayımlanan bu elanlar da məhz həmin problemin nəticəsi kimi qiymətləndirilir.
Mütəxəssislər bildirirlər ki, bu tendensiya həm sürücülər üçün maliyyə riski yaradır, həm də yol hərəkəti təhlükəsizliyi baxımından suallar doğurur. Rəsmi servis dəstəyi və ehtiyat hissəsi təminatı olmayan avtomobillərin uzunmüddətli istismarı riskli hesab olunur.
Qeyd edək ki, son illər ölkəyə fərdi qaydada gətirilən, lakin rəsmi nümayəndəliyi olmayan avtomobillərin sayı artmaqdadır. Bu isə avtomobil bazarında yeni, amma hələ də tam tənzimlənməyən problemlər yaradır.
Eltac Zülfüqaroğlu
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












