Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, dəyişikliklərə görə, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunub. Həmin maddə terror təşkilatı yaratmağa və ya ona rəhbərlik etməyə görə ayrıca cinayət məsuliyyəti müəyyən edir.
Bununla yanaşı, Cinayət Məcəlləsinin 282-ci (Təxribat) maddəsinin yeni redaksiyası müəyyən edilib. Belə ki, artıq süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə etməklə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulmasına yönəlmiş əməllər də xüsusilə ağır cinayət olaraq təxribat cinayətləri hesab olunacaq.
Eləcə də, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə müxtəlif üsullarla törədilmiş digər əməllər də təxribat hesab olunacaq.
Azərbaycan Prezidentinin 08.05.2026-cı il tarixli Fərmanı ilə sadalanan cinayətlərə görə ibtidai araşdırma aparmaq səlahiyyətinin Dövlət Təhlükəsizliyi Xidmətinə aid olduğu müəyyən edilib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












