Çində kimya zavodunda partlayış: 640 nəfər xəsarət alıb, onlarla ölən var - VİDEO

Çinin şərqindəki Yançen şəhər dairəsində "Tyançzay" kimya zavodunda baş verən partlayışdan sonra 16 yerli xəstəxanaya 640 nəfər zərərçəkmiş çatdırılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə əyalət hökumətinin məlumatında bildirilir.
Qeyd edilir ki, onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Partlayış zamanı 44 nəfər həlak olub. Yaralılara zəruri tibbi yardım üçün əraziyə 90 tibb maşını, 3,5 min nəfər həkim cəlb edilib.
***05:43
Çinin şərqindəki Yançen şəhər dairəsində "Tyançzay" kimya zavodunda baş verən partlayış zamanı həlak olanların sayı 44 nəfərə çatıb. Bu barədə şəhər meri Çao Lubao mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hadisə zamanı onlarla insan xəsarət alıb. Yaralılardan 32-i kritik, 58-i ağır vəziyyətdədir.
***05:32
Çinin şərqindəki Yançen şəhər dairəsində kimya zavodu ərazisində baş verən partlayış zamanı azı 12 nəfər həlak olub. Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb. Qeyd edilir ki, hadisə zamanı daha 76 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Partlayış nəticəsində ümumilikdə 88 nəfər zərər çəkib. Onlardan 12-i ölüb.
Bundan əvvəl 6 nəfərin öldüyü, 30 nəfərin xəsarət aldığı bildirilib.
Bərdədəki yol infrastrukturunun vəziyyəti; asfalt yarımçıq çəkilib - VİDEO
Gürcüstana səfər edənlərə XƏBƏRDARLIQ - Əlavə 12 manat da ödəməlisiniz! - VİDEO
Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir
Hava limanına da qatarla gedə biləcəyik - AÇIQLAMA
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb - FOTO - VİDEO
Əlli faiz artım narazılıq YARATDI – Taksiçilər çətin vəziyyətdə
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO








