Çindən konteyner qatarlarının sayının artırılması barədə razılığa gəlinilib

Azərbaycan, Qazaxıstan, Çin və Gürcüstanın dəmir yolu idarələrinin nümayəndələri Pekində keçirilən görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə daşımaların həcminin artırılması ilə bağlı razılığa gəliblər.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report” “Qazaxıstan Dəmir Yolları”nın (KTJ) məlumatına istinadən xəbər verir.
"Pekində “KTZ Express”in (KTJ-nin törəmə şirkəti) rəhbərliyi Çin, Gürcüstan və Azərbaycan dəmir yollarının nümayəndələri ilə birlikdə TBNM üzrə ekspertlərin iclasında iştirak edib", - məlumatda qeyd olunub.
KTJ-nin məlumatına görə, görüşdə marşrutun 2024-cü ildəki fəaliyyəti, həyata keçirilmiş layihələr və növbəti il üçün planlar müzakirə edilib.
"TBNM-in gələcək inkişafı ilə bağlı planlara xüsusi diqqət ayrılıb. Danışıqlar zamanı tərəflər TBNM üzrə daşımaların həcminin artırılması ilə bağlı razılığa gəliblər. Çindən TBNM ilə göndərilən konteyner qatarlarının gündəlik sayının dördə çatdırılması barədə razılıq əldə edilib ki, bu da cari göstəricilərdən iki dəfə çoxdur", - məlumatda bildirilib.
Bundan əlavə, marşrutda logistik proseslərin operativliyini və şəffaflığını artırmaq üçün tərəflər yük axınlarının izlənməsi və idarə edilməsi üçün vahid rəqəmsal platformanın hazırlanması imkanını müzakirə ediblər.
Məlumata görə, KTJ beynəlxalq əməkdaşlığı gücləndirməklə və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə töhfə verməklə marşrutu fəal şəkildə inkişaf etdirməyə davam edir. Bu səylər Qazaxıstanın tranzit potensialının və marşrut boyunca bütün təchizat zəncirinin artırılması üçün yeni imkanlar açır.
Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












