Çingiz Qacarı öldürmək istəyən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adamöldürməyə cəhddə və quldurluqda təqsirləndirilən Bəkir Rüstəmbəyovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. O, məhkəmənin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakı şəhər sakini B.Rüstəmbəyov tanışı Çingiz Qacarın paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək onun əmlakını ələ keçirmək istəyib. O, bu məqsədlə özü ilə gətirdiyi çəkiclə Ç.Qacar və evdə xadimə işləyən Mətanət Hüseynovanın təpə nahiyəsinə zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsin sağlamlığına təhlükə yaradıb.
İstintaq orqanı tərəfindən Bəkir Rüstəmbəyovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.
Xatırladaq ki, B.Rüstəmbəyov daha əvvəl AMEA Fizika İnstitutunda elmi işçi, zərərçəkmiş Ç.Qacar isə rəhbər vəzifəsində çalışıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












