Banner

Çingiz Qənizadə Qubad İbadoğluna CAVAB VERDİ:“Cəmiyyəti çaşdırırsınız”

Gündəm 27 Mart 2019 13:24 Oxunub 875
Çingiz Qənizadə Qubad İbadoğluna CAVAB VERDİ:“Cəmiyyəti çaşdırırsınız”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeyri qanuni heç nə görmürəm

Dövlət Dəstəyi Şurasının qrant ayırdığı sədri deputatlar olan QHT-lər barədə səsləndirdiyi fikirlər ətrafında müzakirələr yaranıb. Bu müzakirələrdə QHT Şurasından təsisçilərindən biri Milli Məclisin üzvü olan QHT-lərin qrant almasının maraqlar toqquşması olduğu bildirilirb.

Qeyd edək ki, maraqlar toqquşması dedikdə – vəzifəli şəxsin özü və ya ailə üzvləri ilə bağlı olan və ya vəzifəli şəxsin şəxsi marağının olduğu və bu marağın onun xidməti vəzifələrinin obyektiv və qərəzsiz icrаsınа təsir göstərdiyi və ya təsir göstərə biləcəyi vəziyyət nəzərdə tutulur.
 

Milli Məclisin deputatı Çingiz Qənizadə məsələ ilə bağlı iqtisadçı ekspert Qubad İbadoğluna açıq məktub yazıb. Modern.az həmin məktubu təqdim edir.


- Hörmətli Qubad bəy! Siz bu günlərdə sosial şəbəkədə paylaşım edərək bir neçə millət vəkilinin sədri olduğu QHT-lərin qrant layihələrində qalib olaraq pul aldıqlarını qeyd etmisiz. Qeyd etdiyiniz millət vəkilləri içərisində mənim də adımı çəkmisiniz. Əvvəla, nəzərinizə çatdırım ki, təşkilatım rəsmən 1999-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Rəsmi olaraq 20 ildir ki, fəaliyyət göstərir. Nəzərə alsaq ki, təşkilatımın 1995-ci ildən qeydiyyata düşənə qədər fəaliyyət dövrü olub, deməli, 24 ildən çox fəaliyyətdə olduğunu söyləmək olar. Eyni zamanda, millət vəkili seçildikdən sonra Demokratiya və İnsan Hüquqları komitəsinin sədri olaraq qalmışam və qalmaqda da davam edirəm. Qanunla millət vəkili olmağımla bərabər QHT-yə rəhbərlik etməyim yolveriləndir və burada qanunazidd hərəkət yoxdur. Digər halda, Facebook paylaşımınızda millət vəkillərinin “QHT-lər haqqında qanun”a səs verməklə əlaqədar həm də adıçəkilən təşkilatdan maliyyə dəstəyi almağını maraqların toqquşması kimi qeyd edərək, bunun qanunazidd olduğunu bildirirsiniz. Nəzərinizə çatdırıram ki, bu halda maraqların toqquşmasından söhbət gedə bilməz. Çünki  “QHT-lər  haqqında qanun”  yalnız bizim təşkilatla bağlı deyil. Ümumilikdə ölkədə QHT-ri əhatə etdiyi üçün mənim bu qanuna səs verməklə sonra dövlət tərəfindən elan edilən müsabiqədə qalib gələrək təşkilatımın 7 min manat qrant alması maraqların toqquşması kimi qeyd oluna bilməz. Bu, yanlış fikirdir. Daha sonra nəzərinizə çatdırmaq istəyirəm ki, siz bilərəkdən “millət vəkillərinin 7 minə ehtiyacı var” deməklə cəmiyyəti çaşdırmağa hesablanmış fikri paylaşmısınız. Özünüz QHT rəhbəri olaraq bilirsiz ki, alınan pulun hamısı QHT rəhbərləri, yaxud da onun nümayəndələrinin cibinə getmir. Faktiki olaraq təşkilatımın müsabiqədə qalib gəlməsi ilə yanaşı, nəzərinizə çatdırmaq istəyirəm ki, 7 min manat pulun cəmi 2950 manatı layihəni reallaşdıran şəxslərin məvacibinə xərclənir. Beləliklə, 7 min manatdan 4 min manatı bu tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulub. Bura ezamiyyə xərcləri, müəyyən çap materiallarının, nəqliyyat xərclərinin, tədbir iştirakçıların yemək və qalmaq xərcləri daxildir. Eyni zamanda, sosial və vergi tutumları da bura daxildir. Yerdə qalan pulun əmək haqqı şəklində təşkilatımızın nümayəndələrinə 5 ay müddətində verilməsində qeyri-qanuni nəsə görmürəm.

Hesab edirəm ki, bu 2950 manat pul mayın 1-dən oktyabrın 1-nə qədər olan dövrdə  respublikanın rayonlarında   layihənin reallaşması üçün fəaliyyət göstərən şəxslərə ayda 250-210-130 manat miqdarında əmək haqqlarının verilməsi normaldır. Təşkilatımın 41 nəfər üzvü var. Onların içində ziyalılar, hüquqşünaslar və digər peşə sahibləri də var. Onların içində xeyli insanlar var ki, işsizdirlər. Aldıqları pensiya ilə dolanmaq məcburiyyətindədirlər. Layihələrin reallaşdırılması zamanı onların əməyindən istifadə etməklə ayda onlara 100-130 manat əmək haqqının verilməsi aztəminatlı ailələrə maddi dəstək kimi başa düşülməlidir. Ancaq sizin bilərəkdən 7 min manat qrant pulunu   QHT rəhbərinin  alması  kimi qeyd etməniz olduqca yanlış və qərəzlidir.

Hesab edirəm ki, sizin fikirləriniz cəmiyyəti çaşdırmağa xidmət edir. QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən müsabiqə elan edildikdən sonra komissiya üzvləri çoxsaylı suallara cavab tapdıqdan və layihənin bugün üçün reallığını nəzərə aldıqdan sonra hər hansı layihəyə müsbət rəy verirlər. Biz dəfələrlə bu cür layihələrdə iştirak etsək də, (hər dəfə də olmasa) qalib kimi çıxaraq müəyyən layihələri udmuş hesab olunuruq və fəaliyyət göstəririk. Siz necə düşünürsüz?! QHT-də çalışan Azərbaycan vətəndaşları ildə bir-iki dəfə evinə 100-150 manat civarında hansısa bir layihənin reallaşdırılması üçün fəaliyyət göstərərək əmək haqqı aparması hansı qanun pozuntusudur ki,  siz yanlış fikir irəli sürməklə cəmiyyəti çaşdırmaq istəyirsiz? Bir məsələni də diqqətinizə çatdırım ki, sizdən və qeyrilərindən fərqli olaraq xarici şirkət və təşkilatlardan qrant almamışam. Adını hallandırdığınız millət vəkilləri də mənim kimi fəaliyyət göstərirlər.

İstənilən vaxt QHT-rə Dövlət Dəstəyi Şurasından mənim layihəmi götürüb layihənin icraçılarının kim olmasını və hansı miqdarda onların  məvacib almasını və mənim   adımın da məvacib alanların sırasında olub-olmamasını aydınlaşdıra bilərsiniz.

Hər hansı məvacib almıram. Yalnız məvacib hissəsinə ayrılan pullar təşkilatımızın ayrı-ayrı üzvlərinə şamil olunur. Onlar da 5 ay müddətində əziyyət çəkərək bu layihəni reallaşdıraraq əmək haqqı alırlar. Son olaraq tövsiyə edirəm ki, cəmiyyəti çaşdırmaq üçün cəmiyyətdə QHT-rə Dövlət Dəstəyi Şurasına, ayrı-ayrı millət vəkillərinə qarşı mənfi imic formalaşdırmağa yönələn bu cür fikirlərinizdən əl çəkərək həqiqəti danışasız. Bu cür qərəzli və böhtan dolu fikirlərlə heç nəyə nail olmaq mümkün deyil.

 

LAYIHƏ : "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə qanunda və reallıqda" adlı tədbirlərin təşkili

 

  Dövrü  01.05.2019  -01.10.2019

 

3 rayonda  -Masallı, Astara, Biləsuvar

 3 qrup *25 nəfər = 75 nəfər

Qrup üçün Yemək və çay fasiləsi -675 manat

Dəftərxana + material çoxald ---285 manat

Zal icarəsi –300 manat

Ezamiyyə +nəqliyyat ----- 1005 manat

Baner 100 manat

 əmək haqqı  xərcləri –2950 manat

 

 

Layihə rəhbəri  - Qurbanova Əntiqə 

Mühasib            -Qəniyeva Nabat

Təlimçi (tibb)  - Bağırov Ayxan

Video və foto çəkiliş- Xanəlizadə Elxan

 Regional koordinator  - Ələsgər Hüseynov

Regional Jurnalist-  Zahir Əmənov (Cənub Xəbərləri)

 

Əmək haqqı

         

Teşkilat-Vergilər-sosial

Şəxs-Vergilər-sosial

Işsizlikdən sığorta

ələ alınan məbləğ

Layihə rəhbəri

ay

5

         250,00

    1 250,00

272,5

55

6,25

1188,75

təlimçi

ay

5

         130,00

       650,00

143

21

3,5

625,5

mühasib

 

5

210

1050

227,5

35

5,25

1009,75

Cəmi

     

2950

643

111

15

2824

 

İcbari sığorta haqqı

manat

  2 100,00

0,2%

           4,20

İşsizlikdən sığorta haqqı

manat

  2 100,00

0,5%

       10,50  

         

 

Əmək haqqından   sosial vergilər ---  754 manat

Xidməti müqavilə sosial vergi  -----292,5 manat

--------------------------------------------------------------

Cəmi                                                1046,5 manat

 

 

Xidməti müqavilə ilə

   

sayi

Ay və ya Dəfə

Cəmi

Vergilər-sosial

ələ alınan məbləğ

         

 

 

Video və foto çəkiliş-

Tədbir

 3

 70

210               -  

46,5

163,5

Regional koordinator 

Tədbir

3

120

360

126

234

Regional Jurnalist

Tədbir

3

80

240

120

120

       

810

292,5

517,5

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh