Çingiz Qənizadə seçici müraciətlərini nəzarətdə saxlayacağına söz verdi

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, 80 saylı İmişli - Beyləqan seçki dairəsindən deputat seçilmiş Çingiz Qənizadə növbəti dəfə seçiciləri ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, deputat Beyləqan rayonunun Qaralılar kəndində yaşayan seçiciləri ayrı-ayrılıqda qəbul edib.
Görüşdə Çingiz Qənizadə ona ünvanlanan sualları cavablandırıb və seçiciləri narahat edən məsələləri dinləyib.
Deputata ünvanlanan müraciətlər arasında əsasən sənədləşmə, kənd təsərrüfatı, sosial məsələlər və s. üstünlük təşkil edib. Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Çingiz Qənizadə bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Görüş zamanı bir sıra məsələlər isə yerindəcə həll edilib.
Deputat bildirib ki, seçicilərdən qəbul edilmiş ərizələr müvafiq dövlət qurumlarına göndəriləcək və qeyd edilən məsələlərin, həmişə olduğu kimi, ən qısa müddətdə baxılmasına və müsbət həllinə çalışılacaq.
Çingiz Qənizadə eyni zamanda, seçicilərə Prezident İham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə görülmüş işlər və qarşıda duran vəzifələr, ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə də vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi, sosial təminatının yaxşılaşdırılması sahəsində keçirilmiş müşavirə, yığıncaq və konfranslar, habelə ölkə başçısının imzaladığı bir sıra mühüm fərman və sərəncamlar barədə geniş məlumat verilib.
Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir
Hava limanına da qatarla gedə biləcəyik - AÇIQLAMA
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb - FOTO - VİDEO
Əlli faiz artım narazılıq YARATDI – Taksiçilər çətin vəziyyətdə
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO








