Çingiz Qənizadə seçiciləri dinlədi - FOTO

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Şahverdilər və Göbəktala kəndlərində seçiciləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, deputat Şahverdilər və Göbəktala kəndlərində seçicilərlə ümumi problemlərin müzakirəsini aparıb.
Deputatla görüş zamanı seçicilər Şahverdilər kəndində yerləşən müair tipli yeni inşa olunmuş kənd məktəbinin qazlaşdırılması məsələsini gündəmə gətiriblər. Araşdırma zamanı məlum olub ki, qazın çəkilməsi üzrə texniki şərt hazırdır. Çox az miqdarda, yəni 680 manat rüsum ödəməklə bu məsələni həll etmək mümkündür. Bundan ötrü Regional Təhsil İdarəsinin həmin pulu ayırması kifayətdir. Sakinlər məktəbin qazlaşdırılması məsələsi ilə yanaşı, kəndin sağ və sol hissəsini birləşdirən, məktəbə daxil olmaq üçün avtomobil yolundan keçid zolağının qoyulmasını da xahiş ediblər.
Eyni zamanda, Göbəktala kənd sakinlərinin də deputatdan bir neçə xahişi olub. Belə ki, Göbəktala kənd məktəbi olduqca pis vəziyyətdədir. Təxminən 1937-40-cı illərdə tikilmiş məktəbdir. Adıçəkilən kəndin sakinləri Təhsil Nazirliyindən yeni məktəbin tikintisi ilə bağlı deputatın məsələ qaldırmasını diqqətə çatdırıblar
Digər məsələ Göbəktala və Şahverdilər kəndinin daxilində yolların çəkilməsi ilə bağlı olub. Demək olar ki, Şahverdilər kəndi ərazisində 30-40-% yollar çəkilsə də iş yarımçıq qalıb. Göbəktala kəndində isə yolların çəkilməsi prosesi ləngiyir. Bu məsələlərin də müvafiq qurumlar qarşısında qaldırılmasını xahiş ediblər.
Daha sonra Göbəktala və Şahverdilər kəndlərinin sakinləri, qaz sayğaclarına müdaxilə adı altında qaz idarələri tərəfindən vətəndaşlara cərimələrin tətbiqinin baş verdiyini bildirərək narahatlıqlarını qeyd ediblər.
Cənab prezidentin 3 aylıq müşavirənin yekununa həsr edilmiş tədbirdə “Azəriqaz” İstehsalat Birliyinə ciddi tapşırıqlar verməsinə baxmayaraq, vətəndaşlara qarşı süni maneələrin yaradıldığı xüsusi vurğulanıb. Bu prosesin hələ də davam etdiyi söylənilib.
Sonda deputat vətəndaşları fərdi qaydada qəbul edib və hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə və problemlərin aidiyyatı qurumlar qarşısında qaldıracağına söz verib.


Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










