Çingiz Qənizadə seçiciləri ilə görüşlərini davam etdirir

Milli Məclisin deputatı Çingiz Qənizadə İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə birgə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Qızılkənd kənd sakinləri ilə görüş keçiriblər.
Modern.az xəbər verir ki, deputat və icra başçısı ilə görüşə rayon hüquq-mühafizə orqanlarının və idarə-müəssisələrinin rəhbərləri də qatılıblar. Görüş zamanı rayon icra hakimiyətinin başçısı Vilyam Hacıyev və deputat Çingiz Qənizadə çıxış ediblər.
Vilyam Hacıyev çıxışı zamanı rayonda o cümlədən Qızılkənd kəndində görülmüş işlərdən danışıb. Yeni tikilməkdə olan və cənab prezidentin sərəncamı ilə maliyyə vəsaiti ayrılmış Qızılkənd kənd 624 nəfərlik orta məktəbin tikintisi ilə bağlı məlumat verilib.
Çingiz Qənizadə Milli Məclis və beynəlxalq təşkilatlardakı o cümlədən Avropa Şurasındakı fəaliyyəti barədə danışıb. Parlamentari çıxışı zamanı seçicilərə Azərbaycana xarici dövlətlərin, beynəlxalq təşkilatların münasibəti, eləcə də möhtərəm prezidentiminizn apardığı uğurlu daxili və xarici siyasəti, bu siyasəti görmək istəməyən qüvvələr və Azərbaycanın bütün sahələrdə qüdrətli dövlətə çevrilməsi barədə ətraflı məlumat verib.
Daha sonra kənd sakinlərinin istək və arzularına uyğun qaldırılmış olduğu problemlər həm icra başçısı, həm də deputat tərəfindən dinlənilib.
Parlamentari sonda vətəndaşlarla fərdi qaydada görüşərək ərizələrini qəbul edib. Hər bir ərizənin araşdırılıacağına və maksimum kömək ediləcəyinə söz verib.
Parlament üzvü icra baçşçısı Vilyam Hacıyevlə birlikdə inşası davam edən Qızılkənd kənd orta məktəbinin tikinti işləri ilə tanış olub.
Sabah çimərliklərdə hava necə olacaq?
AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı məlumat yaydı
Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH
Qəzada ölən Amalla bağlı məhkəmə hökmləri yayıldı - FOTO
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb










