Çingiz Qənizadə seçicilərini dinlədi

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Qaravəlli- Mirili kəndlərində seçiciləri ilə görüşüb.
Modern.az xəbər verir ki, deputatla görüş zamanı seçicilər Qaravəlli kənd məktəbinin bərbad vəziyyətdə olduğunu qeyd ediblər.
Mirili kəndinin sakinləri isə tam orta məktəbdə istilik qızdırıcılarının tamamilə çürüyüb sıradan çıxdığını bildiriblər. Sakinlərin sözlərinə görə, istilik qızdırıcılarının 74-dən 34-ü tam sıradan çıxıb.
Seçicilər Çingiz Qənizadədən növbəti dərs ilinə qədər bu qızdırıcıların dəyişdirilməsi və istilik qazanxanasında sıradan çıxmış nasosların bərpa olunmasını xahiş edib.
Daha sonra parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb.
Çingiz Qənizadə kənd sakinlərinin kəndlərlə bağlı ümumi problemlərini dinlədikdən sonra hər bir müraciətlə bağlı aidiyyatı qurumlara məlumat verəcəyini bildirib və sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib.
Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










