Çingiz Qənizadə: “Sürücülük vəsiqələri kütləvi şəkildə...”

“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklərin edilməsi müzakirə olunub və qəbul edilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib ki, qanuna edilən dəyişikliklərdən sonra onlara çoxsaylı vətəndaşlar müraciət edib və narahatlıqlarını bildiriblər. Ç.Qənizadə dedi ki, bununla əlaqədar olaraq DYP rəhbərliyi ilə də əlaqə saxlayıb.
“Bu məsələ ilə bağlı narahat olan insanlar bilsinlər ki, bu qanunun qəbulundan sonra da ölkədəki sürücülük vəsiqələri kütləvi şəkildə dəyişdirilməyəcək”-deputat bildirdi. Ç.Qənizadə daha sonra bunları söylədi: “Başqa ölkələrə sərnişin və yük aparan şəxslər bu qanunun qəbulundan sonra vəsiqələrini dəyişə bilər. Bir də kim öz maşını ilə turist kimi başqa ölkələrə gedirsə, onlar vəsiqələrini dəyişə bilərlər. Çünki bizim vəsiqədə 4 latın qrafikalı hərf var ki, onlar beynəlxalq tələblərə cavab vermir. Bir neçə tələbə əməl etməliyik ki, idarə etdiyimiz avtomobillərlə xaricə gedəndə problem yaranmasın. Amma digər vətəndaşlar əvvəlki vəsiqələrlə nəqliyyat vasitələrini iadrə edə bilərlər”.
E.Paşasoy, Musavat.com
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










