Çinli məmur rüşvətə görə 14 il azadlıqdan məhrum edilib

Çinin Kiberməkana Nəzarət Administrasiyasının sabiq direktoru Lu Vey rüşvət aldığına görə 14 il müddətinə azadlıqdan məhrum edilib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Ninbo Şəhər Məhkəməsinin hökmünə əsasən, keçmiş məmur 3 milyon yuan (446,9 min ABŞ dolları) cərimə də ödəyəcək. O, apelyasiya şikayəti verməyəcəyini bildirib.
Qeyd edək ki, Lu Vey 2013-cü ilin aprelindən 2016-cı ilin iyununadək Çin Kiberməkan Administrasiyasının direktoru işləyib. Ondan əvvəl isə Pekin şəhər merinin müavini, Çin Kommunist Partiyası paytaxt təşkilatının təbliğat şöbəsinin müdiri kimi məsul vəzifələrdə çalışıb.
Korrupsiya əməllərində şübhəli bilinən Lu Vey haqqında cinayət işi 2017-ci ildə başlayıb, bir il sonra isə o, Kommunist Partiyası sıralarından xaric edilib. Keçmiş məmurun müxtəlif vəzifələrdə çalışarkən vəzifə səlahiyyətlərini aşdığı, külli miqdarda (təxminən 4,7 milyon dollar) rüşvət aldığı bildirilir.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












