Çörək sexinin sahibini öldürən fəhlənin məhkəmə istintaqı başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Aysel Məmmədova ifadə verib.
O, hadisənin baş verdiyi yerdə - "Batabat" kafesində çalışdığını, həmin zaman təqsirləndirilən şəxslə mərhum Elmar Qasımovun mübahisə etdiyini bildirib.
A.Məmmədova deyib ki, hadisə zamanı E.Qasımov İ.Cəfərovu təhqir edib, sonra boğazından tutaraq yuxarı qaldırıb: "Mən müdaxilə edə bilmədim. Bir də onu gördüm ki, İsmayıl cibindən bıçaq çıxarıb Elmar vurdu. Elmar "maşın, maşın" deyə qışqırıb çölə çıxdı. Bir maşına əl eləsə də, saxlamadı. Sonra özü yeriyərək getdi. Nə olduğunu bilmədik".
Şahid ifadəsinin sonunda təqsirləndirilən şəxsin günahsız olduğunu, sakit adam olduğunu söyləyib.
Daha sonra digər şahid, "Batabat" kafesində çalışan Samra Taralova dindirilib. O qeyd edib ki, iş yoldaşı A.Məmmədova İ.Cəfərovdan nisyə çörək alıb, buna görə də sex sahibi E.Qasımov təqsirləndirilən şəxslə mübahisə edib: "Sonra içəri keçdim və bu hadisə baş verdi".
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi Bakı şəhəri, NZS qəsəbəsində baş verib. Çörək sexində çalışan İ.Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb.
Hadisədən sonra İ.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
“Bakı-Tbilisi qatarının bərpası…” - Deputatdan açıqlama
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO








