Coşqunun nişanlısı faciə ilə bağlı HƏR ŞEYİ danışdı - Dəhşətli DETALLAR

Şəkidə baş verən faciənin birbaşa şahidi, Coşqun Məmmədovun nişanlısı Nazlı xanım danışıb.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
“Nazlı xanımın sözlərinə görə, həmin gün Coşqun, Ucal, Şəbnəm və Nazlı Ziplaynın birinci mərhələsini problemsiz keçiblər. İkinci mərhələdə əvvəl Şəbnəm yola salınıb və təhlükəsiz şəkildə qarşı tərəfə çatıb. Sonra Coşqun xəttə buraxılıb. Nazlı xanım isə sona qalaraq video çəkəcəkmiş. Onun sözlərinə görə, Coşqun hələ xəttin sonuna çatmamış qarşı tərəfdən Ucal da yola salınıb. Yəni eyni anda xətt üzərində iki nəfər olub. Nazlı xanım bildirib ki, Coşqun ona əl yelləyib, bir neçə saniyə sonra isə qəfil sola doğru gedib... tros qırılıb. Zərbədən yola çıxmağa hazırlaşan Nazlı xanım da yerə yıxılıb, amma xoşbəxtlikdən ciddi xəsarət almayıb.
Hadisə saat 14:44-də baş verib və həmin ana aid fotoşəkilin vaxt göstəricisi bunu göstərir. Hadisədən sonra işçilərin rabitə cihazından “Kömək edin, qolum sındı” səsini eşidən Nazlı bunun Coşqun olduğunu düşünüb və onun sağ qalacağına ümid edib. Saat 15:08-də Coşqunun düşdüyü yerə çatanda isə artıq gec olub. Onun mələk üzü, mavi gözləri mən ora çatanadək açıq idi”, - deyə Nazlı xanım qeyd edib. Bu vaxt gözləri Ucal və Şəbnəmi axtarır. Bir müddət sonra Ucalın asfalt üzərinə düşdüyünü görür. Nazlı xanımın sözlərinə görə, Ucal bir müddət həyatda olub, lakin təcili yardım əraziyə gec çatıb. “Bəyaz, nurlu üzü olduğu kimi idi, amma başının arxasından qan axırdı...”— deyə o bildirir.
O qeyd edib ki, yüksəklikdə işləyən kişiyə baxıb yazıqları gəlib, hətta ona əlavə pul verməyi düşünüblər:
—Amma axırda özüm yazıq oldum... İnsan həyatı üzərindən biznes quranlar anlamalıdırlar: qazandığınız hər 25 manatın arxasında sizə etibar edib o trosdan asılan bir insan var. O insan pulunu verməklə həyatını da bir neçə dəqiqəlik sizin məsuliyyətinizə verir. Bu məsuliyyətin qiyməti 25 manat deyil. İnsan həyatıdır.
Mənbə: Buta Media
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










