Culfa-Nurduz-Qulibəyli dəmir yolunun tikintisinə 700 milyon avro ayrılıb

Culfa-Nurduz-Qulibəyli dəmir yolu xəttinin tikintisinə 700 milyon avro vəsait ayrılıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, bunu "Araz" Azad İqtisadi Zonası Təşkilatının Rəyasət Heyətinin üzvi Səfər Şasfənd deyib.
O, Culfa-Qulubəyli dəmir yolunun tikilməsi ilə İran və Azərbaycanın dəmir yollarının daha bir bölgədə birləşəcəyini diqqətə çatdırıb. “Bizim təşkilatla İran-Avropa Konseriomu arasında 700 milyon avronun ayrılmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, 204 kilometr uzunluğunda dəmir yolu xətti tikiləcək. Dəmir yolu xəttinin istifadəsi 25 il müddətinə özəl sektorda çalışan investora veriləcək. Bu xəttin 5 ilə tikilməsi planlaşdırılır. İnvestor bu dəmir yolunu 20 il müddətinə istifadə edə biləcək.
Bu dəmir yolu xətti vasitəsilə birinci il 1.53 milyon ton tranzit yük daşınması proqnozlaşdırılır. Bu rəqəm 20 il ərzində ildə 10.76 milyon tona çatmalıdır.
Dəmir yolu ilə birinci ildə 101 min nəfər, 20-ci ildə isə 409 min nəfər sərnişinin daşınması proqnozlaşdırılır”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Araz” Azad İqtisadi Zonası İranın şimal -qərbində Təbrizin 135 kilometrliyində yerləşir. Zona Azərbaycan və Ermənistanla həmsərhəddir.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












