Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yolun asfalt örtüyü yararsız vəziyyətə düşüb.
Bu barədə Avtosfer.az-a müraciət edən sakinlərdən biri ərazidəki vəziyyəti əks etdirən videogörüntü təqdim edib. Kadrlardan görünür ki, sözügedən küçədə asfalt örtüyü ciddi şəkildə aşınıb, yolun müxtəlif hissələrində dərin çuxurlar əmələ gəlib.
Şikayətçinin sözlərinə görə, problem təkcə bir hissə ilə məhdudlaşmır, demək olar ki, küçənin böyük hissəsində eyni mənzərə müşahidə olunur. Bu isə ərazidən istifadə edən sürücülərin hərəkətini çətinləşdirir, avtomobillərin texniki vəziyyətinə mənfi təsir göstərir və maddi zərərə səbəb olur.
İzləyici bildirib ki, oxşar vəziyyət Lökbatan qəsəbəsinin digər küçələrində də müşahidə edilir.
Sakinlər problemin aradan qaldırılması və yolların təmir olunması üçün aidiyyəti qurumların məsələni nəzarətə götürməsini gözləyirlər.
Nərmin
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR












