Daha bir büdcə təşkilatı son model xidməti minik avtomobil aldı

Dövlət Statistika Komitəsi nəzdində Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi xidməti minik avtomobilinin alınmasına dair “Auto Azərbaycan” MMC ilə müqavilə imzalayıb.
“Finans.az”ın əldə etdiyi məlumata əsasən, bu satınalma müqabilində büdcə təşkilatı “Auto Azərbaycan”a 47 900 manat ödəyib.
Qeyd edək ki, cəmiyyət “Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutorudur. “Auto Azərbaycan”ın rəsmi veb səhfəsində göstərilən modellərin sırasında 47 900 manata son model “Hyundai Sonata" təklif olunur.
Xatırladaq ki, ötən ilin noyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi “Təhlükəli Tullantılar” MMC 1 ədəd “Toyota Land Cruiser 200” avtomobilinin alınması üçün “Toyota-Bakı Mərkəzi”nə 140 min manat, Sumqayıt Dövlət Universiteti isə “Toyota Abşeron Mərkəzi”nə 1 ədəd “Toyota Avalon” avtomobilinin alınmasına 116 min manat ödəyib.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










