Daha bir prospektə velosiped zolağı çəkildi – FOTO

Bakıda velosiped sürücülərinin təhlükəsiz və rahat hərəkəti üçün infrastruktur genişləndirilir.
Avtosfer.az xəbər verir ki, pataxtın Hüseyn Cavid prospektinin daha bir hissəsində yeni velosiped zolağı salınıb.
Artıq prospektin həmin hissəsində velosipedçilərin avtomobil yolu ilə qarışmadan hərəkət edə bilməsi üçün xüsusi nişanlama işləri aparılıb, zolaqların kənarlarına təhlükəsizlik xətləri çəkilib. Bu addım həm şəhərdə ekoloji nəqliyyatın inkişafına, həm də yol hərəkəti təhlükəsizliyinin artırılmasına xidmət edir.
Qeyd edək ki, son illər paytaxtın bir sıra küçə və prospektlərində velosiped zolaqlarının yaradılması istiqamətində işlər görülür. Layihənin məqsədi velosiped istifadəsini təşviq etməklə yanaşı, piyadalar və sürücülər üçün yol hərəkətinin daha səliqəli və təhlükəsiz təşkil olunmasıdır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidən (AYNA) bildirilib ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən və Məmməd Rahim, Bəxtiyar Vahabzadə küçələri, eləcə də Mətbuat prospekti ilə əlaqələndirilən mikromobillik şəbəkəsi Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən Əbdürrəhim bəy Haqverdiyev küçəsinə qədər uzadılıb.
Eltac Zülfüqaroğlu
.jpg)
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ












