DANX Gəncədə "Qaynar xətt" yaratdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Gəncə Regional Şöbəsində 022-257-76-85 nömrəli “Qaynar xətt” istifadəyə verilib.
Avtosfer.az xəbər verir ki, “Qaynar xətt” xidməti yol hərəkəti iştirakçılarının sorğuları, şikayətləri və təkliflərini qəbul etmək məqsədi ilə yaradılıb. Saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək “Qaynar xətt”ə daxil olan müraciətlər araşdırılaraq aidiyyəti üzrə yönləndiriləcək və müvafiq tədbirlərin görülməsi təmin olunacaq. Gəncə Regional Şöbəsinin xidməti ərazilərinin Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Samux, Göygöl və Goranboy rayonlarını əhatə etməsi səbəbindən həmin ərazilərdən də müraciətlər sözügedən “Qaynar xətt” vasitəsi ilə qəbul ediləcək.
Məlumat üçün bildirək ki, sərnişinlərin haqlı narazılığına səbəb olan süni qiymət artımı, sürücülərin sükan arxasında siqaret çəkməsi, kobud davranması, dayanacaqdan kənar saxlanma, sürət həddinin aşılması və bu qəbildən olan digər problemlərlə bağlı müraciətlər zamanı avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, marşrut xəttində xidmətdə olan avtobusun nömrəsi və faktiki zaman haqqında məlumatların verilməsi araşdırmanın daha operativ təmin olunmasına kömək edəcək.
Qeyd edək ki, müvafiq müraciətlər bütün regionlar üzrə lokal operativ xətlər vasitəsi ilə onların qəbulu tam təmin edilənədək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1655 Çağrı Mərkəzi və DANX-ın (012) 562-67-58 nömrəli “Qaynar xətt”i vasitəsi ilə qəbul ediləcək.
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ










