Daşıyıcı şirkət və sərnişinlər arasında fikir ayrılığı: Avtobuslar nasazdır, yoxsa işlək? - FOTOLAR

Avtovağzaldan Masazır qəsəbəsinə gedən 569 nömrəli marşrut sərnişinlərin rahat hərəkətini təmin edə bilmir.
Avtosfer.az xəbər verir ki, müntəzəm olaraq bu marşrutdan istifadə edən sərnişinlərdən biri Oxu.az-a şikayət məktubu göndərərək xəttə buraxılan avtobusların acınacaqlı vəziyyətdə olduğunu bildirib.
Sərnişinin sözlərinə görə, 569 nömrəli xətt üzrə işləyən avtobuslar həm köhnə, həm balaca, həm də nasazdır.
"İlin fəsillərindən asılı olmayaraq, kondisionerlər işləmir, qapılar açıq vəziyyətdə idarə olunur. Avtobusların sayı məhdud olduğundan və intervalın böyüklüyündən sərnişinlər xeyli gözləməli olurlar. Avtobuslar yuyulmur, təmizlənmir", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı 569 saylı avtobusun aid olduğu daşıyıcı "Sahil" MMC-yə sorğu ünvanladıq.
Şirkətin rəhbəri Qəzənfər Abdıyev bütün iddiaları təkzib edib. Onun sözlərinə görə, xəttə hər gün 2012-ci ildə istehsal olunmuş 14 avtobus çıxarılır və onlar hər gün qarajda yuyulub-təmizlənir.
"Avtobuslar arasındakı interval isə cəmi 5-6 dəqiqədir", - deyə şirkət rəhbəri vurğulayıb.
Fotoları təqdim edirik:






Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












