Daşkəsəndə ata-anasını baltalayan şəxsin cinayət işi məhkəməyə göndərilib

Daşkəsən rayonunda ata-anasına balta ilə xəsarət yetirməkdə təqsirləndirilən Firdovsi Bağırov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Faiq Mahmudovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 13-də Daşkəsən rayonunun Qabaqtəpə kəndində baş verib. Həmin kənddə yaşayan Firdovsi İlyas oğlu Bağırov 1944-cü il təvəllüdlü atası İlyas Həmzə oğlu Bağırova və anası 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırovaya balta ilə ağır dərəcəli bədən xəsarətləri yetirib. F.Bağırov anasının başına balta ilə bir neçə zərbə endirib, atasına isə küt alətlə zərbələr endirərək baş və üz nahiyəsinə ciddi xəsarətlər yetirib.
Hadisə zamanı F.Bağırov sərxoş olub. Narkotik maddə istifadəçisi olduğu üçün bir neçə il məhkumluq həyatı yaşayan F.Bağırov bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq, ata-anasının yanında qalıb.
Hadisə zamanı ailənin yaxınlıqda olan digər övladı səs-küyə gəlib və ata-anasını avtomobilə mindirərək Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Daha sonra F.Bağırov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










