Daşkəsəndə həmyerlisini bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib

Daşkəsəndə həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Şahvələd İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Məmməd Bağırovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Daşkəsən rayonunda baş verib. Rayonun mərkəzində yerləşən "İlkin" şadlıq evində təşkil olunmuş toy mərasiminə qatılan Əvəz Əzizov ilə Elvin Məmmədov arasında mübahisə düşüb. Mübahisə sonradan davaya keçib və onlar şadlıq evinin həyətinə düşüblər. Orada E.Məmmədov dostları - Rəvan və Adil adlı şəxslərlə birgə Ə.Əzizovu döyüb.
Məsələdən xəbər tutan Ə.Əzizovun qardaşı Ş.İsgəndərov qisas məqsədilə E.Məmmədovu kürəyindən bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.İsgəndərov saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












