Daxili işlər orqanlarında yeni təyinatlar olub - Rayon rəisləri dəyişdi, iki nəfər sərəncama götürüldü

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub. Avtosfer.az-ın “Report”a istinadən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov vəzifəsindən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Yevlax rayon Polis şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi, Şəmkir rayon Polis şöbəsinin rəisi Cəmil Əmirov vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinin rəisi, Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunaraq Xəzər Rayon Polis İdarəsinin rəisi, Mingəçevir şəhər Polis şöbəsinin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq Səbail Rayon Polis İdarəsinin rəisi, Səbail Rayon Polis İdarəsinin rəisi Şəmşir Kazımov vəzifəsindən azad olunaraq İsmayıllı rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin olunublar.
Gəncə Şəhər Baş Polis İdarəsinin işdən çıxarılan rəisi Faiq Şabanov və Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov sərəncama götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə “Report”a təyinatlarla bağlı məlumatı təsdiqləyib.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










