Dayanacaq var, avtobus yox: Sakinlər kilometrlərlə yolu piyada getməli olurlar - VİDEO

Paytaxtın Xəzər rayonu, Şüvəlan massivi adlanan ərazidə yaşayan sakinlər avtobusla getməli olan yolu məcbur qalıb piyada gedirlər. Səbəb isə ərazidə marşrut xəttinin işləməməsidir. Yolun hər iki tərəfində avtobus dayanacağı qurulub, ancaq nə fayda, bu dayanacaqların yaxınlığından heç bir marşrut avtobusu keçmir. Sərnişinlər mənzil başına çatmaq üçün məcbur qalıb bir neçə kilometr yolu piyada getməli olurlar. Yaxınlıqda yaşayan sakinlər bildirir ki, bir neçə il əvvəl yol çəkilərkən əraziyə yeni avtobus dayanacaqları qoyulub. Ancaq həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq hələ də yoldan heç bir marşrut avtobusu keçmir. Sakinlərin sözlərinə görə, həmin ərazidə kifayət qədər insan yaşıyır. Onların hamısı ictimai nəqliyyatdan isifadə etmək üçün kilometrlərlə yolu piyada gedirlər. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, əməkdaşlar əraziyə baxış keçirəcək, araşdırmaların nəticələrinə uyğun olaraq tədbir görüləcək.
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI












