Dayanacaqlar zəbt edilib: Avtobuslar dayanacağa daxil ola bilmir - VİDEO

Avtobuslar üçün nəzərdə tutulan xüsusi ciblərdə minik maşınları park edilib. Bu səbəbdən avtobuslar dayanacağa çətinliklə daxil olurlar. Eyni anda bir neçə avtobusun dayanacağa daxil olaq istəməsi vəziyyəti daha da çətinləşdirir. Görüntülər Yasamal rayonu, Nəriman Nərimanov prospektindəndir. Prospekt boyu avtobus dayanacaqları sözün əsl mənasında minik maşınlarının park zonasına çevirilib. Bəzi minik maşınlarının məsuliyyətsizliyi sərnişinləri və avtobus sürücülərini əziyyətə salmaqla yanaşı, təhlükəyə atır. Bənzər mənzərə 3-cü mikrorayon dairəsi kimi tanınan ərazidə və metronun əcəmi stansiyasının ətrafında da müşahidə edilir. Buradakı vəziyyət daha da acınacaqlıdır. Bundan ən çox əziyyət çəkənlər isə sözsüz ki, piyadalar və sürücülərdir Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, qeyd edilən ərazilərdə Agentliyinəməkdaşları tərəfindən dayanma və durma qaydalarını pozan sürücülərə qarşı tədbirlər görülür.Qarşıdakı günlərdə həmin tədbirlər daha da gücləndiriləcək.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










