Dayı iş adamı olan bacısı oğlunu gülləyib – FOTO

Türkiyənin Bursa şəhərində iş adamı həyat yoldaşıyla telefonla danışdığı yerdə avtomobilində güllələnərək öldürülüb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, hadisənin törədən iş adamının öz dayısı olub. Hadisə ötən ilin iyul ayında baş verib. Bursada bir neçə şirniyyat dükanlarının sahibi olan Fatih Kahraman öz dayısı Yılmaz Sevinc tərəfindən qətlə yetirilib. Dayısının polisə verdiyi ifadə isə hər kəsi heyrətləndirib.
O, bacısı oğlunu lüks içində yaşadığına görə öldürdüyünü deyib: "Fatih lüks içərisində yaşayırdı. Biz də onun yanında işləyirdik. Uşaqlarımızın təhsil xərclərini ödəməkdə çətinlik çəkirdik. Dəfələrlə dükanları mənə həvalə etməsini dedim. O, məni eşitmədi, mən də onu güllələdim".
Hadisə Bursanın mərkəzində baş vermişdi. Fatih Kahraman avtomobil idarə edərkən qırmızı işıqda dayanıb. Həyat yoldaşı ilə telefonla danışdığı zaman ona yaxınlaşan bir avtomobildə bir neçə dəfə atəş açılıb. Güllələrdən biri iş adamının başından dəydiyi üçün ağır yaralanıb. Bütün müdaxilələrə rəğmən bir gün sonra beyin ölümü keçirən iş adamı həyatını itirib. Onun orqanları isə ailəsi tərəfindən ehtiyacı olan şəxslərə bağışlanıb. İş adamının ölümü ailəsini üzsə də orqan bağışlaması ilə başqa 7 ailəni sevindirib. İş adamını qətlə yetirən dayısı isə məhkəmə qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.


Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir
Hava limanına da qatarla gedə biləcəyik - AÇIQLAMA
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb - FOTO - VİDEO
Əlli faiz artım narazılıq YARATDI – Taksiçilər çətin vəziyyətdə
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO








