Dəfn normalarını pozanlar cərimələnəcək

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, bu, bu gün Prezident İlham Əliyevin fərmanı ilə “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na edilən dəyişiklikdə əksini tapıb.
Səhiyyə Nazirliyinə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə cərimə tətbiq etmək səlahiyyət verilib. Başqa sözlə, Nazirliyinə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına dair inzibati xətalar haqqında işlər üzrə protokol Respublikasının Səhiyyə Nazirliyi adından – səhiyyə naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, onun müavini, şöbə və bölmə müdirləri, onların müavinləri, şəhər və rayon gigiyena və epidemiologiya mərkəzlərinin direktoru, onun müavini, şöbə və bölmə müdirləri, onların müavinləri tərəfindən tərtib ediləcək.
İnzibati Xətalar Məcəlləsinə əsasən, qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilməlidir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












