Dələduzluğa görə üç ildir axtarışda olan şəxs tutulub

Bakıda üç ildir axtarışda olan şəxs tutulub. DİN Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, paytaxtın bir neçə rayonu ərazisində işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən, 3 ildir ki, axtarışda olan şəxs Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 9-cu Polis Bölməsi və DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı ildən Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarışda olan, Şəki şəhər sakini, 56 yaşlı Azər Zəkərəliyev Səbail rayonu ərazisində müəyyən edilərək saxlanılıb. A.Zəkərəliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə müraciət edə bilərlər.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










