Dələduzluq edən hüquqşünas məhkəmə zalında həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Raşad Novruzovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Novruzovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və o, məhkəmə zalında həbs olunub.
İttiham aktına əsasən, R.Novruzov İ.Bağırova qarşı 116 min manatlıq dələduzluq edib. İxtisasca hüquqşünas olan R.Novruzov zərərçəkmişdən həmin məbləği lombard açmaq adı ilə alıb. O, lombardı açandan sonra bir müddət işlədib, daha sonra İ.Bağırovun 116 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Zərərçəkmişin şikayəti əsasında saxlanılan R.Novruzov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xatırladaq ki, R.Novruzov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










