Dələduzluqla üzləşən İran vətəndaşı məhkəmədə dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevinc Mirzəyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində İran vətəndaş Asfari Alirezani ifadə verib.
O bildirib ki, İrandan ailəsi ilə birlikdə Bakıya gəldikdən sonra S.Mirzəyeva ilə tanış olub.
A.Alirezani qeyd edib ki, S.Mirzəyeva özünü ona hüquq-mühafizə orqanlarında çalışan şəxs kimi təqdim edib və vəsiqə də göstərib: "2016-cı ildə əvvəl mənə Bakıda 3 otaqlı ev alacağını vəd etdi. Sonra guya mənə Azərbaycan vətəndaşı olmağıma köməklik edəcəkdi. Buna görə məndən 83 min 257 min manat pul aldı. Sonra Sevinc verdiyi vədə əməl etməyərək məni aldatdı".
Zərərçəkmiş ona dəymiş zərərin ödənilməsini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu söyləyib.
Məhkəmənin baxış iclası fevralın 27-nə təyin edilib.
Qeyd edək ki, ötən il iyunun 7-də Bakının Nəsimi rayonunda polis bölməsinə müraciət edən İran vətəndaş Asfari Alirezani bildirib ki, 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayınadək olan müddətdə Sevinc adlı şəxs paytaxt ərazisində onun alması üçün ev tapacağına vəd verib, bu yolla aldadaraq ondan 83 min 257 min manat alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Mirzəyeva müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, həmin qadın bir neçə şəxsə qarşı da dələduzluq əməli törədib.
Cinayət işində, ümumilikdə, 14 zərərçəkmiş var. O, həmin şəxslərə 232 min 757 manat məbləğində ziyan vurub.
S.Mirzəyeva həmin şəxslərə özünü hüquq-mühafizə orqanları əməkdaşı olduğunu deyərək dələduzluq edib.
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO
Qısamüddətli həllər qlobal mənzil problemini aradan qaldırmayacaq – CAR-lı turist - FOTO
Azərbaycan Orta Dəhlizdə əsas tranzit gücünə malik ölkəyə çevrilir - Ekspert RƏYİ
Yerli qonaqlar belə forumun təşkilatçılığına heyran qalıb – Mərcanə Rəsulova - FOTO
Azərbaycanda da şəhərsalma sahəsində yeni yanaşmalar tətbiq edilməlidir – AQİL ASLAN - FOTO










