Dəmir yolunda texnikalar hazırlıq vəziyyətinə gətirilir

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, sərt hava şəraiti ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) rəhbərliyinin göstərişinə əsasən, tədbirlər proqramı hazırlanıb.
QSC-dən bildiriblər ki, departamentlərdə, stansiya, təşkilat və müəssisələrdə, bütün sutkanı əhatə etməklə, məhsul işçilərdən ibarət növbətçilik təşkil edilib. Eyni zamanda "Fövqəladə Hallar Qatarı" MMC-nin bölmələrində, İnfrastruktur Departamentinin yol, elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatlarında texnikalar hazırlıq vəziyyətinə gətirilir, stansiyalarda uzunmüddətli dayanmış hərəkət tərkiblərinin özbaşına hərəkətə gəlməməsi üçün onlar etibarlı şəkildə bərkidilir.
Kəskin hava şəraitində sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək məqsədilə, maşinistlərin daha sayıq olmaları üçün əlavə təlimlər keçirilib, müvafiq qaydada tapşırıqlar verilib.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










