Dəmir yolundan oğurluq edən şəxslərin ibtidai istintaqı yekunlaşıb

Keşlə dəmir yolu stansiyasının ərazisindən oğurluq etməkdə təqsirləndirilən İnam Abbasov və Əhliman Şahpələngovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rauf Əhmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Cinayət işində zərərçəkmiş qismində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamenti göstərilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 25-də Keşlə dəmir yolu stansiyasının ərazisində baş verib. Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin ərazidən 5 ədəd dəmir lövhə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İ.Abbasov və əvvəllər məhkum olunmuş Ə.Şahpələngov saxlanılıblar.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










