Dəmir yolunun Astara stansiyasında yoldəyişən qurğular təmir edilir - FOTO

Astara stansiyasında 6 stansiya yolunun və 10 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, stansiya parkının əsasını təşkil edən bu yolların hər birinin uzunluğu 950 metrdir. “Şimal–Cənub” layihəsi çərçivəsində icra edilən işlərə uyğun olaraq, stansiyada yolların tam hazır vəziyyətə gətirilməsi zərurətdən doğur. Gələcəkdə bu istiqamətdə yük daşımalarının intensiv xarakter alacağına əsaslansaq, təhlükəsiz daşınmalar üçün əsaslı bazanın olması çox vacibdir və QSC-də bu işə böyük önəm verilir. Əsaslı təmir işlərini "Dəmiryolservis" MMC-nin kollektivi həyata keçirir. İşlər mərhələli şəkildə icra olunmaqla qısa zaman ərzində başa çatdırılacaq.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI














