Deputat Çingiz Qənizadə problemləri dinlədi

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli-Beyləqan seçki dairəsinə daxil olan, Beyləqanın ən böyük kəndlərindən biri Dünyamalılar kəndində seçiciləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, deputat Dünyamalılar kəndində seçicilərlə görüşdən öncə, rəhmətə getmiş və uzun illər Dünyamalılar kənd bələdiyyəsinin sədri işləmiş Sahib Cəfərovun ailəsini ziyarət edib. Çingiz Qənizadə Sahib Cəfərovun ailəsinə başsağlığı verdikdən sonra Dünyamalılar kəndində görüş üçün toplaşmış seçiciləri ilə bir araya gəlib.
Parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb. Kənd sakinlərinin kəndlə bağlı ümumi problemlərini dinlədikdən sonra, sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib. Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar












