Deputat seçiciləri dinlədi

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan Beyləqanın Gödəklər kəndində seçiciləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, deputat Gödəklər kəndində seçicilərlə ümumi problemlərin müzakirəsini aparıb. Deputatla görüş zamanı kənd sakinləri kənddə içməli su probleminin olduğunu dilə gətirib.
Sakinlər məsələ ilə bağlı deputatın "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə müraciət etməsini xahiş ediblər. Çingiz Qənizadə çıxışı zamanı bu istiqamətdə müəyyən addımlar atdığını diqqətə çatdırıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova müraciət etdiyini söyləyib.
Deputatın sözlərinə görə, hazırda su ilə bağlı məsələ müzakirə olunur.
Parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb. Kənd sakinlərinin kəndlə bağlı ümumi problemlərini dinlədikdən sonra, sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib.
Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












