Deputat seçicilərinin şikayətlərini dinlədi

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Əliqulular kəndində seçiciləri ilə görüşüb.
Modern.az xəbər verir ki, deputatla görüş zamanı Əliqulular kəndinin seçiciləri tibb məntəqəsinin olmamasından şikayət ediblər. Eyni zamanda, kənd məktəbinin təmirə ehtiyacı olması ilə bağlı fikirlərini bildirərək Təhsil Nazirliyinə bu barədə məlumat verilməsini qeyd ediblər. Məktəbin idman zalının olmadığını söyləyərək müəyyən idman ləvazimatlarına da ehtiyac olduğunu bildiriblər.
Daha sonra parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb.
Çingiz Qənizadə kənd sakinlərinin kəndlə bağlı ümumi problemlərini dinlədikdən sonra hər bir müraciətlə bağlı aidiyyatı qurumlara məlumat verəcəyini bildirib və sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib.
Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










