“Devalvasiya ilə dəymiş ziyan dövlət tərəfindən ödəniləcək”

İqtisadçı ekspert Natiq Cəfərli ölkə başçısının problemli kreditlərin həll edilməsi ilə bağlı verdiyi fərmanı şərh edib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, N. Cəfərli Azadlıq radiosunun canlı yayımında qeyd edib ki, Azərbaycanda statistik rəqəmlərə əsasən, 700 minə yaxın insanın problemli krediti var: “Bu da təqribən 1,8 milyard manat deməkdir. Dollar ekvivalentində isə 100 milyon dollara yaxın vəsait edir. Bu fərman problemli kreditlərin böyük qisminin həllində irəli atılmış addım olacaq. Fərmanda fiziki şəxslərin kredit borcundan söhbət gedir. Yəni, bu, fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra götürdükləri 10 min dollara qədər olan kreditlərinə şamil ediləcək. Məzənnə fərqini dövlət öz üzərinə götürür. Götürülən kreditlərin həcmi 10 min dolları keçməməlidir və ediləcək yardım da 5000 dollara qədər olmalıdır. Əgər kiminsə kreditləri daha böyük həcmdədirsə, yaxud da dəymiş ziyan 5000-dən yuxarıdırsa, onu vətəndaş özü ödəməyə məcbur olacaq.
Devalvasiyaya qədər olan məzənnə ilə vətəndaş kredit borcunu, yəni 0,78 hissəsini ödəməli olacaq. Devalvasiya nəticəsində dəymiş ziyan isə dövlət tərəfindən ödəniləcək. Burada məsuliyyət dövlət və vətəndaş arasında bölünür. Banklar bu prosesdə iştirak etmir”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












