Dilqəm Əsgərov oğlunu buna görə döyübmüş: ŞOK FAKTLAR - VİDEO

“Dünən Şəmkir Rayon Məhkəməsində Dilqəm Əsgərovla bağlı cinayət işi üzrə ilkin tanışlıq iclası keçirildi və hakim tərəfindən dindirmələr aparıldı. O, sosial şəbəkələrdə, o cümlədən “TikTok” platformasında açıq şəkildə bildirir ki, mənimlə mal-mülk və torpaq davası aparır. Ünvanıma növbəti dəfə böhtan xarakterli fikirlər səsləndirir. Hətta məhkəmə prosesində də özü barəsində olan cinayət işini bir kənara qoyaraq torpaq, ev və mülk məsələsini müzakirə etdirməyə çalışırdı”.
Bunu 7 il erməni əsirliyində qalmış keçmiş əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
O bildirib ki, atasının müxtəlif daşınmaz əmlakları və torpaq sahələri olmasına baxmayaraq, hazırda oğlunun yaşadığı evə də iddia edir:
“Ölkə başçısı – cənab Prezident tərəfindən ona Bakıda ev verilib və o, həmin mənzili kirayəyə verib. Bundan əlavə, Gəncə şəhərində də özünə məxsus evi var. Şəmkir rayonunun Çınarlı qəsəbəsi, İsmət Qayıbov küçəsində yerləşən şəxsi evini, həmçinin mənim evimin yaxınlığında olan 4 torpaq sahəsini də satışa çıxarıb. Məqsədi mülklərini satdıqdan sonra özünü cəmiyyətə imkansız, heç nəsi olmayan biri kimi təqdim etməkdir”.
Kürdoğlu Əsgərovun sözlərinə görə, məhkəmə iclasında hakim də bu məsələyə münasibət bildirib: “Hakim ona xəbərdarlıq edərək bildirdi ki, ‘Mən burada cinayət işinə baxıram. Torpaq və mülk davası bu iclasın mövzusu deyil. Əgər torpaq və ya ev davası edirsinizsə, cinayət işi yekunlaşdıqdan sonra ayrıca məhkəməyə müraciət edə bilərsiniz’”.
Kürdoğlu Əsgərov atasının son bir-iki il ərzində ondan əsassız şəkildə ev tələb etdiyini də iddia edib:
“İndi də sosial şəbəkələrdə çıxış edərək mənə böhtan atır və guya mənim onunla torpaq, ev və mülk davası apardığımı iddia edir.
Nəzərinizə çatdırım ki, mənim özümə məxsus 2,5 hektar şəxsi ərazim var idi. Həmin ərazinin 1 hektarında meyvə bağım mövcud idi. Lakin bu insan camaat arasında mütəmadi olaraq münaqişə yaratdığı üçün sırf el içində rüsvayçılıq olmasın deyə həmin torpaq sahəsindən də ona güzəştə gedərək uzaqlaşdım. Düşündüm ki, bəlkə bununla gözü doyar. Lakin tamahı bitmək bilmir. Həmin ərazini mənimsədikdən sonra indi də gəlib məndən ev tələb edir”.
O, məhkəmədə atasının digər mülklərinin də olduğunu bildirdiyini deyib:
“Mən məhkəmədə də bildirdim ki, bu şəxsin Bakı şəhərinin Maştağa qəsəbəsində mənzili var və həmin evi kirayəyə verib. Bundan başqa, Şəmkir rayonunun Çınarlı qəsəbəsində, İsmət Qayıbov küçəsində şəxsi evi var və onu da satışa çıxarıb.
Mənim tikdiyim evin yuxarı hissəsində ona məxsus 4 torpaq sahəsi var və onları da satmaq niyyətindədir. O, bütün mülklərini sataraq özünü cəmiyyətə köməksiz, heç nəsi olmayan biri kimi təqdim etmək və ictimaiyyəti aldatmaq istəyir”.
Kürdoğlu Əsgərov atasının “TikTok” platformasındakı çıxışlarına da münasibət bildirib:
“TikTok platformasındakı çıxışlarında iddia edir ki, Kürdoğlu onunla mülk davası aparır. Bir daha bəyan edirəm ki, mənim onunla heç bir torpaq və ya mülk davam yoxdur. Bu şəxs şər-böhtan atmağı özünə peşə seçib. Hətta onunla birlikdə erməni əsirliyində olan yol yoldaşı Şahbaz Quliyev azadlığa qayıtdıqdan sonra onu da şərləyib, ünvanına nalayiq ifadələr işlədib. Öz qardaşı Ağaəli Əsgərovu da şərləyərək onun evinin özünə məxsus olduğunu iddia edib. Qardaşı oğlanları Həsən və Ozanı da şərləyərək evdən çıxarılmalarını və mülkün satılması üçün ona verilməsini tələb edir. Bu insan tamamilə şər-böhtan xarakterli əməllərlə məşğuldur”.
Kürdoğlu Əsgərov əlavə olaraq atasının sosial şəbəkələrdə Milli Qəhrəman adına layiq görülmüş şəxslərlə bağlı fikirlərinə də etiraz edib: “Əlavə olaraq bildirmək istəyirəm ki, bu şəxs “TikTok” platformasında “Milli Qəhrəman” adı verilmiş şəxslərin ünvanına nalayiq ifadələr işlədir. Anlamaq çətindir ki, ölkə başçısı tərəfindən müvafiq fərmanla Milli Qəhrəman adı verilən şəxslərə bu insan necə “saxta milli qəhrəman” deyə bilir”.
Qeyd edək ki, Kürdoğlu Əsgərov bundan əvvəl atası ilə aralarında yaranmış mübahisə zamanı Dilqəm Əsgərovun ona dəmir boru ilə hücum edərək xəsarət yetirdiyini iddia edib. Onun sözlərinə görə, hadisədən sonra atası 102 xidmətinə və Daxili İşlər Nazirliyinə onun barəsində şikayət edib.
Kürdoğlu Əsgərov bildirib ki, hadisədən sonra əvvəlcə xəstəxanada müayinə olunub, daha sonra polisə müraciət edib: “Xəstəxanada müayinə olunduqdan sonra polis idarəsinə getdim. Mənə dedilər ki, barəmdə 102 xidmətinə və Daxili İşlər Nazirliyinə şikayət olunub. Guya narkomanam və onu öldürməklə hədələyirəm. Polislərə bildirdim ki, o insan mənə şər-böhtan atan biridir. Üzümdə, qolumda, burnumda olan xəsarətləri göstərdim. Polislər baxıb həqiqətən xəsarət aldığımı gördülər”.
Onun sözlərinə görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkoloji müayinədən keçirilməsi üçün Gəncə şəhərindəki Narkologiya Mərkəzinə aparılıb.
“Şəmkir polislərinə təşəkkür edirəm, məsələni ciddi araşdırdılar. Məni Gəncə şəhərindəki Narkologiya Mərkəzinə apardılar, müayinədən keçirdilər. Məlum oldu ki, mən narkotik istifadəçisi deyiləm. Onun dediklərinin böhtan olduğunu bildirdim”, – deyə Kürdoğlu Əsgərov qeyd edib.
Kürdoğlu Əsgərov həmçinin bildirib ki, hadisə ilə bağlı ərazidəki təhlükəsizlik kameralarının görüntüləri araşdırılıb. Onun iddiasına görə, görüntülər əsasında ona qarşı fiziki zor tətbiq edildiyi müəyyənləşdirilib və nəticədə Dilqəm Əsgərov barəsində cinayət işi başlanıb.
“Polis əməkdaşları həmin ərazinin videomüşahidə görüntülərini əldə etdilər. Kamera görüntülərindən aydın oldu ki, mənə şər atılır və məni özü boru ilə vurur. Nəticədə onun barəsində cinayət işi qaldırıldı”, – deyə o bildirib.
Kürdoğlu Əsgərov Daxili İşlər Nazirliyinin məsələni nəzarətə götürdüyünü də deyib:
“Əgər mən cinayətkar və ya narkoman olsaydım, barəmdə cinayət işi açılardı. Dövlətimizə və polis orqanlarımıza təşəkkür edirəm. Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürdü və araşdırma aparıldığını açıqladı. Araşdırmanın nəticəsində həmin şəxs barəsində cinayət işi açıldı”./nocomment.az
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI










