DİN 6 il əvvəl baş vermiş qətlin üstünün açılması ilə bağlı rəsmi məlumat yayıb - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) 6 il əvvəl baş vermiş qətl hadisəsinin üstünün açılması ilə bağlı rəsmi məlumat yayıb. Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən "Report"a daxil olan açıqlamada bildirilib ki, polis və prokurorluq orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış ağır cinayətin üstü açılıb.
Məlumata görə, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsi (PB) tərəfindən axtarışa verilən Kamilə Cəfərovanın həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib.
N.Cəfərov Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma zamanı müəyyən edilib ki, N.Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində K.Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini qəsəbə ərazisindəki su hövzəsinə atıb.
2013-cü ilin noyabrın 20-də qadının meyiti qeyd edilən yerdən çürümüş vəziyyətdə aşkar edilsə də, həmin vaxt onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












