DİN Ağcabədidə baş verən qətllə bağlı rəsmi məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Ağcabədidə baş verən qətllə bağlı rəsmi məlumat yayıb. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən Hindarx qəsəbə sakini H.Cənnətov yanvarın 20-də atası Əhlimanın yaşadığı qəsəbə ərazisindəki fermaya baş çəkməyə gedərkən atasını və 13 baş qoyunu orada aşkar etmədiyini bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalara Ə.Cənnətovun yanvarın 19-da həmyerlisi M.Qasımov və onun qohumu, Şərəfxanlı kənd sakini S.Mamedzadə tərəfindən küt alətlə vurulması və kəndirlə boğduqdan sonra cəsədinin fermanın yaxınlığında torpağa basdırılması, qoyunların isə M.Qasımova məxsus “VAZ-2107” markalı avtomobilə yüklənərək Hüsülü kəndi ərazisindəki heyvan bazarında satılması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən S.Mamedzadə saxlanılıb. M.Qasımovun da tutulması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılır.
Ə.Cənnətovun meyiti eksqumasiya edilib. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










