DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ötən gün Biləsuvar rayonunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb. Avtosfer.az xəbər verir ki, iyunun 27-də saat 14 radələrində Biləsuvar şəhəri ərazisində İsmətli kənd sakinləri - A.Məmmədovun idarə etdiyi VAZ-21015 və Ş.Dövlətovun idarə etdiyi “Lada Priora” markalı avtomobillər toqquşub. Nəticədə A.Məmmədovun sərnişinlərindən həmkəndliləri - Şükufə Tağıyeva və Güllübəyim Hüseynova hadisə yerində ölüb, hər iki sürücü və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Biləsuvar rayon polis şöbəsində cinayət işi başlanıb.
Qeyd edək ki, qəzada xəsarət alaan hər iki sürücü və İsmətli kənd sakinləri - 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu və 1979-cu il təvəllüdlü Əliyeva Məlahət Qurban qızı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, “Lada Priora” markalı avtomobilin sürücüsü, Şakir Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiridir.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











